İstanbulda “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib
19.10.2024 [11:19]
İstanbulda Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin “Son mənzili İstanbul olan azərbaycanlılar” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu tərəfindən təşkil olunan tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva, Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Türkiyə parlamentinin müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Araşdırmalar İnstitutunun nümayəndəsi Mehdi Gəncəli, Fətəli xan Xoyskinin qardaşı nəvəsi Kərim Mehmedzadə, professor İbrahim Yıldırım və digərləri 1918-ci ildən sonra Azərbaycanı tərk etmək məcburiyyəti qarşısında qalan həmvətənlərimizin ağır həyat yolu haqqında danışıblar.