Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib

19.10.2024 [13:37]

Xəbərin mətni

Oktyabrın 19-da COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Milli Gimnastika Arenasında yerləşən COP29 Uniformaların Paylanılması və Akkreditasiya Mərkəzinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənova, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev iştirak ediblər. Onlar Uniforma Paylanılması və Akkreditasiya Mərkəzində yaradılan şəraitlə tanış olub, akkreditasiya və uniforma paylanılması prosesini izləyiblər.