Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalanın şabalıd bağları – qiymət, xəstəlik, fermerlərə tövsiyələr

19.10.2024 [14:24]

Xəbərin mətni

Bu il Zaqatalada şabalıd məhsulu az, qiyməti isə ötən ilə nisbətən bahadır. Sakinlər və mütəxəssislər bunu qeyri-sabit hava şəraiti və yayılan xəstəliklə əlaqələndirirlər.
AZƏRTAC xəbər verir ki, Böyük Qafqazın cənub yamacları boyunca uzanan Şəki-Zaqatala bölgəsində şabalıd ağaclarına daha çox rast gəlinir. Zaqatalanın dağətəyi kəndlərində isə hələ ötən əsrdən etibarən şabalıdın kütləvi əkilib-becərilməsinə başlanılıb. Rayonun Car, Mamrux, Yuxarı Çardaxlar, Ələsgər, Sabunçu kəndlərində şəxsi təsərrüfatlarda, eləcə də meşə ərazilərində şabalıd yetişdirilir. Şabalıdın yığımına sentyabrın sonundan başlanılır və noyabr ayına kimi davam edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI