Kürdəmirdə yol qəzasında 2 nəfər xəsarət alıb
19.10.2024 [15:29]
Xəbərin mətni
Hadisə Kürdəmir rayonunun Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, iritutumlu yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşıda gedən minik maşınına çırpılıb. Hadisə nəticəsində avtomobil hərəkət istiqamətini dəyişərək, yolun kənarındakı ağaca dəyib. Qəza zamanı minik maşınında olan sərnişinlər - Zərdab rayon sakinləri 2014-cü il təvəllüdlü Bayramlı Səbirə və Bayramlı Məryəm Böyükbəy qızları müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alan şəxslər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.