“Azərbaycanın yüksəlişi” intellektual yarışı keçirilib
19.10.2024 [17:34]
Oktyabrın 19-da “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçılarının iştirakı ilə keçirilən “Azərbaycanın yüksəlişi” intellektual kvizi - payız mövsümü uğurla başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanın yüksəlişi” intellektual yarışı Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə və Prezident İlham Əliyevin ölkəmizi yüksəlişə aparan fəaliyyətinə həsr olunub.
Tədbirdə 42 komanda ilə birlikdə 300 nəfərə yaxın iştirakçı öz bilik və bacarıqlarını sınayıb.
Yarışda gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev qalib komandaları təbrik edərək onlara uğurlar arzulayıb və mükafatları təqdim edib.
“Yüksəliş” müsabiqəsi artıq üçüncü dəfədir ki, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual kviz keçirir. Qeyd edək ki, bu ilin bahar mövsümündə keçirilən kviz “Yaşıl dünya naminə həmrəylik ili”nə, ötən il baş tutan yarış isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuşdu.