Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2024 [11:57]

Dörd il öncə Vətən müharibəsində bu şəhər də müzəffər ordumuzun sayəsində azadlığına qovuşdu. Prezident İlham Əliyevin dediyi kimi, artıq Zəngilan üçün də yeni dövr başlayıb və bu rayon ölkəmizin ən gözəl bölgələrindən birinə çevriləcək.