Natiq Məmmədli: Azərbaycana qarşı manipulyasiyanın bütün metodları tətbiq olunur
21.10.2024 [15:16]
Dezinformasiyalar bir qayda olaraq sosial şəbəkələr üzərindən yayılır. Amma media öz işində dezinformasiyadan daha çox kütləvi şüurla manipulyasiya cəhdləri ilə məşğul olur. Manipulyasiya ilə məşğul olmaq, nə qədər qəribə də olsa, Qərb mediası üçün xarakterikdir. Kütləri şüurla manipulyasiya XX əsrin əvvəllərində Amerika mediası üçün xarakterik olub. Daha sonra bu, dünyanın media sistemində geniş şəkildə yayılıb. Kütləvi şüurla manipulyasiyanın çoxlu sayda metodları var. Bunların hər biri Azərbaycana qarşı tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının iclasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib.