Ramid Namazov: COP29-la bağlı Azərbaycana qarşı hibrid təhdidin iki növündən istifadə olunur
21.10.2024 [15:51]
Məlumdur ki, gələn ay Azərbaycanda COP29 kimi beynəlxalq tədbir keçiriləcək. Habelə Bakı Kioto Protokolunun tərəflər görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına ev sahibliyi edəcək. Həm dövlət və hökumət başçılarının iştirak səviyyəsi baxımından, həm də ümumi iştirakçı sayına görə dünyada keçirilən mötəbər konfranslardan biri olan bu tədbirlərin vaxtı yaxınlaşdıqca mediada Azərbaycana qarşı qarayaxma kampaniyalarının da sürətlə artdığını müşahidə edirik.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrin 21-də Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının iclasında komissiyanın sədri Ramid Namazov deyib.