Balakənli bağça müəllimi diaqnostik qiymətləndirmə imtahanında ölkə birincisi olub
24.10.2024 [14:37]
Xəbərin mətni
Ümumtəhsil məktəblərinin müəllimləri üçün keçirilən diaqnostik və sertifikasiya imtahanlarından sonra növbə bağça müəllimlərinə də çatıb. Bu günlərdə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlər üçün ilk dəfə diaqnostik qiymətləndirmə imtahanı keçirilib.
AZƏRTAC xəbər verir ki, imtahanda ölkə üzrə ən yüksək nəticəni Balakən şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Sədaqət Bayramova göstərib.