Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı başlayıb

24.10.2024 [15:25]

Xəbərin mətni

Oktyabrın 24-də Elm və Təhsil Nazirliyinin və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib.
Bakı Ekspo Mərkəzində təşkil edilən festivalın açılış mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, COP29 nümayəndələri, ali təhsil və elmi müəssisələrin rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev festivalın təhsil sahəsində nüfuzlu və əhəmiyyətli bir tədbir olduğunu diqqətə çatdırıb. “STEAM Azərbaycan”ın ölkə təhsilində vacib layihələrdən biri olduğunu qeyd edən nazir STEAM-in tədrisində əsas məqsədin gələcək nəsli yeni çağırışlara hazırlamaq olduğunu vurğulayıb.