Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bağçalarda 13 min nəfər üçün diaqnostik qiymətləndirilmə keçirilib

29.10.2024 [14:27]

Xəbərin mətni

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesi keçirilib. İlk dəfə keçirilən diaqnostik qiymətləndirilmədə 13 min nəfərə yaxın tərbiyəçi-müəllim iştirak edib.
AZƏRTAC xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib.