ELM VƏ TƏHSİL


Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır

İqlim dəyişiklikləri insan hüquq və azadlıqları ilə bağlı məsələlərə də yenidən baxılmasını şərtləndirir. İqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradə deyil, qabaqcıl texnologiyalar da rol oynayır. Yaşıl texnologiyaları yaradanların əqli mülkiyyət hüquqlarının qorunması mühüm şərtdir. Bu baxımdan əqli mülkiyyət hüququnun təmin edilməsi günün prioritet məsələsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.