“Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimatı olub
05.11.2024 [16:40]
Noyabrın 5-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Ekoloji sivilizasiyanın astanasında: yaşıl enerjiyə keçid” kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, nəşrin müəllifləri UNESCO-nun eksperti, Rusiya Prezident Akademiyasının professoru Nizami Məmmədov və AMEA-nın müxbir üzvü, professor Sevda Məmmədəliyeva, elmi redaktoru isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovdur.