İDMAN
“Barselona” Futbol Klubunun prezidenti Azərbaycana səfərə gəlib
16.11.2024 [17:43]
Xəbərin mətni
“Barselona” Futbol Klubunun Prezidenti Xuan Laporta BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar.