İDMAN


AKAF COP29 ilə əlaqədar avarçəkmə yürüşü təşkil edib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında aksiya keçirib.
AZƏRTAC xəbər verir ki, “Təmiz suda avar çək!” devizi altında təşkil olunan yürüşə Beynəlxalq Avarçəkmə Federasiyasının (FISA) prezidenti Jan Kristof Roland, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Kladio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və COP-29 üçün Azərbaycana gəlmiş 50-dən çox fəxri qonaq qatılıb.