Vətən müharibəsində və antiterror əməliyyatında iştirak edən kapitan
19.11.2024 [13:55]
Xəbərin mətni
Ötən il sentyabrın 20-də Azərbaycan əsgəri dünya hərb tarixinə adını qızıl hərflərlə yazaraq, cəmi 24 saata yaxın davam edən hərbi əməliyyatlardan sonra dövlət suverenliyimizi təmin etdi. Bu şanlı Qələbənin əldə edilməsi üçün neçə-neçə igid oğlanlarımız şəhid və qazi oldu.
AZƏRTAC-ın əməkdaşı xəbər verir ki, belə qazilərdən biri də Qax rayonunun Zəyəm kənd sakini, ehtiyatda olan kapitan Ramil Sıraclıdır. Onunla Qax rayonundakı Şəhidlər xiyabanının qarşısında görüşürük. Deyir ki, bu müqəddəs məkanda uyuyan igidlərə vəfa borcumuz var. Onlar arasında Ramilin həm tələbə dostları, həm də döyüş yoldaşları uyuyur.