COP29-da aşağı emissiyalı ərzaq sistemlərinə transformasiyada elm və innovasiyanın rolu müzakirə edilib
19.11.2024 [14:48]
Xəbərin mətni
COP29 iqlim konfransında “Aşağı emissiyalı və dayanıqlı ərzaq sistemləri üçün elm və innovasiya” adlı yan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, COP29 Sədrliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Beynəlxalq Aqrar Tədqiqatlar üzrə Məsləhət Qrupunun (CGIAR) ilə birgə təşkil etdiyi tədbir Ərzaq və Kənd Təsərrüfatı Gününə həsr olunub.