Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib

19.11.2024 [20:36]

Xəbərin mətni

COP29 çərçivəsində “COP-dan COP-a aqrar-qida irsləri: Qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələr keçirilib. AZƏRTAC xəbər verir ki, “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirədə qlobal iqlim öhdəlikləri müzakirə olunub. Tədbirin moderatoru Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatında (FAO) İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit İdarəsinin direktoru Kaveh Zahedi çıxışında bildirib ki, aqrar-ərzaq sistemləri qlobal qida təhlükəsizliyinin əsasını təşkil edir və bir milyarddan çox insan bu sektorda çalışır.