CƏMİYYƏT


Ümumdünya Meteorologiya Təşkilatı: Dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil

Qlobal miqyasda su axını hövzələrində heç vaxt bu qədər quraqlıq hiss olunmayıb. Ötən ilin göstəricisindən belə qənaətə gəlmək olar ki, dünyanın su problemləri ilə üz-üzə qalacağı günlər o qədər də uzaqda deyil, bu bir faktdır.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Hava, İqlim və Su üzrə İxtisaslaşdırılmış Agentliyi - Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Hidrologiya, Su və Kriosfer proqramının rəhbəri Stefan Ahlenbruk COP29 çərçivəsində “İqlim üçün Su: Su Həllərinin MMT-lərə və MTP-lərə inteqrasiyası. Biomüxtəliflik, Su və İqlim Əlaqəliliyi” mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada çıxışı zamanı bildirib.