CƏMİYYƏT


Nazir müavini: Hər il dünyada milyonlarla ton plastik tullantı yaranır və onların böyük hissəsi təbiətə atılır

Plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir. Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır. Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının buraxılmasına gətirib çıxarır. Bu da qlobal istiləşməni sürətləndirir və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri COP29 çərçivəsində noyabrın 21-də “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib.