Azərbaycan Dövlət İnformasiya Agentliyi

“MAIRE" Fondu COP29-da araşdırmasını təqdim edib: Azərbaycanda enerji keçidinin təcili olması barədə məlumatlılıq yüksəkdir

21.11.2024 [16:07]

Xəbərin mətni

Azərbaycanda və Qazaxıstanda insanlar enerji keçidinin təcili olmasını dərindən dərk edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən COP29 çərçivəsində İtaliya pavilyonunda təqdimat zamanı “MAIRE” Fondunun baş direktoru İlaria Katastini deyib.
2024-cü ilin sentyabr və oktyabr ayları ərzində “MAIRE” Fondu hər iki ölkədən olan 2 min ali təhsilli şəxs və ictimai fikir lideri arasında sorğu keçirib.