CƏMİYYƏT


İsmail Belen: Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil

“Azərbaycan COP29-a ev sahibliyi etməklə möhtəşəm işlər görüb. Buna görə öz təbriklərimi çatdırmaq istəyirəm”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri UNFF20-nin sədri İsmail Belen COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib: “Əvvəlcədən deyə bilərəm ki, iqtisadiyyat olmasa, ekologiyadan danışmaq mümkün deyil. Beynəlxalq danışıqlar üçün meşəçilik bütün aspektlərə, xüsusilə iqlim dəyişikliyi, biomüxtəliflik, səhralaşma ilə mübarizə məsələlərinə daxil edilməlidir”.