CƏMİYYƏT
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDS-in təşkilatçılığı ilə keçirilən “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi” təqdim olunub
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasında BMT-nin HİV/QİÇS üzrə Proqramının (UNAIDS) “İİV və İqlim Dəyişikliyi üzrə Çərçivə Sənədi”nin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və UNAIDS tərəfindən təşkil olunan tədbirdə BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto, Azərbaycanın səhiyyə naziri Teymur Musayev, BMT-nin Azərbaycandakı rezident- əlaqələndiricisi Vladanka Andreyeva, QİÇS və Pandemiya üzrə UNAİDS-in xüsusi müşaviri Mbulava Muqabe, Braziliya Səhiyyə Nazirliyinin Səhiyyə Nəzarəti Katibi Etel Masiel və digər rəsmilər çıxış ediblər.