Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin açılış mərasimi keçirilib

21.11.2024 [20:34]

Xəbərin mətni

COP29 çərçivəsində “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin yüksəksəviyyəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qlobal iqlim fəaliyyəti çərçivəsində daha güclü su ölçüsü yaratmaqla İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib.
Açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev susuzluq probleminin COP29 müzakirələrində prioritet məsələlərdən biri olduğuna diqqət çəkib: “Su iqlim problemlərinin aradan qaldırılmasında həlledici rol oynayır. Buna baxmayaraq uzun illər su problemi qlobal iqlim müzakirələrindən kənarda qalmışdı.