CƏMİYYƏT


Almaniyanın xarici işlər naziri: Bizim ambisiyamız Avropanı dünyanın iqlim üzrə ilk neytral qitəsinə çevirməkdir

Amerika Birləşmiş Ştatları iqlim siyasətində öz rolu ilə bağlı geriyə doğru addım atarsa, o zaman “Hər şeydən öncə Amerika” devizinə qarşı Avropa olaraq cavabımız “Birləşmiş Avropa” olacaq. Bu cavab iqlimin qorunması, Yeni Yaşıl Razılaşma, ilk növbədə isə bizim qitədə iqlimə investisiyalar üçün daha çox işlər görməkdən ibarət olacaq. Bizim ambisiyamız Avropanı dünyanın iqlim üzrə ilk neytral qitəsinə çevirməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok COP29 iqlim konfransı çərçivəsində mətbuat konfransında səsləndirib.