DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib
22.11.2024 [10:41]
Xəbərin mətni
“Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının sərhəd zastavalarında yaradılmış müasir tələblərə cavab verən texniki imkanların artırılması nəticəsində 2024-cü ildə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili zamanı 301 sərhəd pozucusu, 134 rejim pozucusu saxlanılıb”.
AZƏRTAC xəbər verir ki, bu barədə DSX rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov Sərhəd Qoşunları Komandanlığının “Şəmkir” sərhəd dəstəsində keçirilən mətbuat konfransında deyib.