Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Laçında baş verən zəlzələnin görüntüləri

23.11.2024 [14:21]

Laçında bugün baş verən zəlzələ anı təhlükəsizlik kameralarına yamsıyıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında baş verən zəlzələ kameralarda açıq aşkar öz əksini tapıb. Görüntülərdən də bəlli olduğu silkələnmə bir müddət davam edib, daha sonra dayanıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, zəlzələ Ağdam stansiyasından 74 km cənub-qərbdə Laçın rayonunda qeydə alınıb. Yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4,5-ə bərabər olub.