ELM VƏ TƏHSİL


Valideynlərin diqqətinə: məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başladı

Noyabrın 28-i saat 11:00-dan etibarən şagirdlərin məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbulu prosesinə başlanılıb. Məqsəd müraciət prosesinin sürətlənməsi, şəffaflıq və əlçatanlığın təmin edilməsi, eyni zamanda, məktəbdənkənar təhsil imkanlarının genişləndirilməsidir. Qeyd edək ki, elektron qəbul ilk olaraq 20 məktəbdənkənar təhsil müəssisəsində pilot olaraq həyata keçiriləcək.