Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gözdən əlilliyi olan şəxslər üçün icra olunan “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər verilib

02.12.2024 [17:32]

Xəbərin mətni

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsi iştirakçılarına aktivlər təqdim olunub.
AZƏRTAC xəbər verir ki, nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası, cəmiyyətə inteqrasiya sahəsində tədbirlərin ildən-ilə gücləndiyini bildirib.
O, məşğulluq proqramlarının icrasında bu kateqoriyadan olan şəxslərə üstünlük verildiyini, onlar üçün xüsusi layihələr icra olunduğunu diqqətə çatdırıb.