CƏMİYYƏT
Bu ay Ağdama ilk köç baş tutacaq
02.12.2024 [18:09]
Ağdam şəhərində bərpa-quruculuq işləri davam edir. Hazırda 5 yaşayış məhəlləsində söküntü və şaquli planlama işləri yekunlaşmaq üzrədir. 2-ci yaşayış məhəlləsində 11 kvartal üzrə 1268 mənzilin tikintisi nəzərdə tutulur və bu tikinti işləri davam edir. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi məlumat verib. Bildirib ki, şəhərin kəndlərində də bərpa və quruculuq işləri sürətlə aparılır. Bu ayın sonuna kimi bəzi sakinlər öz doğma yurdlarına - Ağdama geri qayıdacaqlar.