Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhsil pillələri üzrə yeni ixtisaslar əlavə edilib

03.12.2024 [18:59]

Ali təhsilin bakalavr, magistratura və rezidentura səviyyələri üzrə bir sıra qaydalar dəyişdirilib. Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsaəsən hər üç pillə üzrə iştirakçılara yeni ixtisaslar təklif olunacaq. Ümumilikdə təsdiq edilən təsnifata bakalavriat səviyyəsi üzrə 153, əsas tibb təhsili səviyyəsi üzrə 3, magistratura səviyyəsi üzrə 129, rezidentura səviyyəsi üzrə 44 ixtisas daxil edilib. İxtisaslar arasında informasiya texnologiyaları, ilə bağlı olan data-analtikası eyni zamanda sistem mühəndisliyi yer alıb.