Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: 80-90 faiz arasında uşaq ən azı 1 il müddətində məktəbəqədər təhsilə cəlb olunur

04.12.2024 [14:37]

Xəbərin mətni

Məktəbəqədər təhsil təhsilin ən vacib pillələrindəndir. Məktəbəqədər təhsilin əlçatanlığı Azərbaycanda əsasən aşağı göstəricilərlə yadda qalıb. Hazırda 1-5 yaş arasındakı uşaqların ən azı 50 faizinin məktəbəqədər təhsilə cəlb olunması əsas hədəflərimizdəndir.
AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" ilk beynəlxalq konfransda deyib.