“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı ikinci beynəlxalq konfrans keçirilib
04.12.2024 [19:34]
Xəbərin mətni
Dekabrın 4-də Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd beynəlxalq təcrübənin müqayisəli şəkildə öyrənilməsi və yerli xüsusiyyətlərin nəzərə alınaraq tətbiqi ilə məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və yerli qabaqcıl təcrübənin geniş auditoriyaya çatdırılmasına xidmət etməkdir.