Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Elvin Hüseynov: “YAŞAT” Fonduna toplanan məbləğin 86,7 milyon manatından çoxu müvafiq istiqamətlər üzrə xərclənib

09.12.2024 [15:16]

Xəbərin mətni

İndiyə qədər “YAŞAT” Fonduna 91 milyon 537 min 792 manat 7 qəpik pul toplanıb. Həmin məbləğin 86 milyon 762 min 869 manat 26 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib.
AZƏRTAC xəbər verir ki, bu barədə “YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransında Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov məlumat verib.