FHN-nin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib
09.12.2024 [22:52]
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (MUSAR AZE-01) iştirakı ilə 09 dekabr 2024-cü il tarixdə paytaxtın Hövsan qəsəbəsində genişmiqyaslı taktiki-xüsusi təlim keçirilib.
Təlimdə Nazirliyin axtarış-xilasetmə qüvvələri ilə yanaşı, Tibb Xidmətinin texnika və qüvvələri və Fövqəladə hallar könüllüləri də iştirak edib. Təlim zamanı əsas səylər beynəlxalq idarəetmə sistemlərinin və müasir axtarış-xilasetmə üsullarının tətbiq olunması ilə mürəkkəb tapşırıqların icrasına yönəldilib.