Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yalçın Rəfiyev: Son 5 ildə Afrikanın 80-dən çox ölkəsindən olan vətəndaşlara təhsil vermək imkan yaradılıb

11.12.2024 [13:51]

Xəbərin mətni

2018-2023-cü illər arasında İslam ölkələrinin vətəndaşları üçün Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) dəstəyi ilə həyata keçirilən təhsil və təlim proqramları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan XİN və Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunan bu proqramlar son 5 il ərzində 80-dən çox Afrika ölkəsindən olan vətəndaşlara təhsil verməyə imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.