CƏMİYYƏT
Sabah hava əsasən yağmursuz olacaq, dağlıq ərazilərdə qar yağacaq
11.12.2024 [17:14]
Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.