CƏMİYYƏT
“Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans keçirilib
11.12.2024 [18:07]
Xəbərin mətni
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə FHN-in Akademiyasında “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans təşkil olunub. AZƏRTAC xəbər verir ki, konfransda FHN-in və Ombudsman Aparatının əməkdaşları, Milli Məclisin deputatları, FHN yanında İctimai Şuranın üzvləri və başqaları iştirak ediblər.