Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsi olan şəxs xilas edilib

13.12.2024 [11:40]

Dənizkənarı Milli Parkda dənizdə batan şəxs xilas edilib. Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş - 2003-cü il təvəllüdlü Samir Abdullayev dalğıclar tərəfindən xilas edilib.