Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xocalıya növbəti köç karvanı yola düşüb

13.12.2024 [13:23]

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Xocalı rayonunun yenidən qurulan Ballıca kəndi də sakinlərini qəbul etməyə hazırdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülür.