ELM VƏ TƏHSİL
Əqli Mülkiyyət Agentliyində ÜƏMT-nin departament direktoru ilə görüş keçirilib
16.12.2024 [14:28]
Xəbərin mətni
Dekabrın 16-da Əqli Mülkiyyət Agentliyində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional və milli inkişaf sektorunun Keçid və inkişaf etmiş dövlətlər departamentinin direktoru Habip Asanla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Azərbaycanda əqli mülkiyyət sisteminin nailiyyətləri və qarşısında duran vəzifələr haqqında məlumat verib.