Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Paytaxtda ənənəvi "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkası fəaliyyətə başlayıb

16.12.2024 [22:50]

Nərgiz fondu tərəfindən təşkil edilən  "Soyuq Əllər, isti Ürək" xeyriyyə yarmarkası bu il də ənənəyə sadiq qalaraq paytaxtın mərkəzində start götürüb. Hər il Yeni il ərəfəsində təşkil edilən bu yarmarkada eksklüziv suvenirlər və müxtəlif qida məhsullarının satışı həyata keçirilir. Həmçinin burda uşaqlar və böyüklər üçün bir neçə əyləncəli oyunlar da mövcuddur.