ELM VƏ TƏHSİL
ADA Universiteti özünün ilk doktorantura proqramını təqdim edib
19.12.2024 [19:47]
Xəbərin mətni
ADA Universiteti özünün ilk doktorantura proqramını, ABŞ-ın Corc Vaşinqton Universiteti ilə birgə yeni magistr və doktorantura proqramlarını təqdim edib. AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 19-u keçirilən tədbirdə hər iki universitetin professor-müəllim-tələbə heyəti, yerli və xarici qonaqlar iştirak ediblər. Açılış nitqi ilə çıxış edən akademik işlər üzrə prorektor Elkin Nurməmmədov və İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzətdin Adamov yeni proqramların elanını ADA Universiteti tarixində əlamətdar hadisə kimi qiymətləndiriblər.