Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu il ərzində akkreditasiyadan keçmiş, eləcə də təkrar qiymətləndirilməsi aparılmış ali məktəblərin siyahısı açıqlanıb

25.12.2024 [15:06]

Xəbərin mətni

2024-cü il üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov dekabrın 25-də keçirilən brifinqdə deyib.