Azərbaycan Dövlət İnformasiya Agentliyi

5-ci sinif şagirdi ABŞ-da keçirilən Beynəlxalq Olimpiadanın qalibi olub

15.01.2025 [16:11]

Ziya Novruzsoy “Landau School”un 5-ci sinif şagirdidir. 10 yaşlı Ziya ABŞ-ın Hyuston şəhərində keçirilən Beynəlxalq Kopernik Olimpiadasında təbiət elməri üzrə dünya birinciliyini qazanıb. Amerikadan yenicə qayıdan Ziya deyir ki, olimpiadada qalibiyyət əldə etmək heç də asan olmayıb.