Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub

15.01.2025 [19:05]

Xəbərin mətni

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 15-də Xocalı şəhərində, Xocalı rayonunun Ballıca kəndində və Şuşa şəhərində ümumilikdə 28 ailə olmaqla, 135 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı rayonunun Ballıca kəndində keçmiş məcburi köçkünləri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.