Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdam şəhərindəki 2-ci yaşayış məhəlləsində 1268 mənzil inşa edilir

18.01.2025 [13:20]

Xəbərin mətni

İşğaldan azad edilən digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində yeni, müasir Ağdam qurulur. AZƏRTAC-ın bölgə müxbiri Ağdam şəhərində çoxmənzilli yaşayış binalarının tikildiyi ərazidə olub, görülən işlərlə maraqlanıb.