Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Həkim: 20 Yanvar gecəsi ağır yaralını mənim qanımla həyata qaytardıq

20.01.2025 [12:14]

20 Yanvar... Bu tarix Azərbaycan xalqının qan yaddaşı, milli iradəmizin oyanış gecəsidir. Azadlıq uğrunda canlarını fəda edən soydaşlarımız o gecə tankların və güllələrin qarşısında əliyalın dayandı. Həmin gecə yalnız ölüm yox, həyat uğrunda mübarizə də vardı.