CƏMİYYƏT
20 Yanvar şahidi həmin gecənin dəhşətlərindən danışdı
20.01.2025 [13:40]
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə. Sovet tankının üstündən keçib getdiyi “Zaporojets”in sürücüsü Nazim Ələkbərov həmin qanlı gecənin ən yaxın şahidlərindən biridir. Bakıdakı azadlıq mübarizəsinə dəstək verən Nazim Ələkbərov həmin gecə özünü tankın qabağına sipər edən insanların isinməsi üçün odun daşıyırdı. Avtomobildə tək deyildi. Qonşuları - Zakir, Pərviz və İlqar adlı yeniyetmələr də onunla birgə idi.