DÜNYA
Çində ay təqvimi ilə Yeni il başlayıb
29.01.2025 [18:37]
Xəbərin mətni
Şərq xalqlarının ay təqvimi ilə bu gün Yeni ilin ilk günüdür.
AZƏRTAC xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.
Çin xalqının tarixində ən qədim, məzmun baxımından ən zəngin və ən geniş təsirə malik ənənəvi bayramlarından biri olan Yaz festivalı bir neçə min ildir qeyd edilir.